20 okt 2023 18:58
Azərbaycandan bu ilin yanvar-sentyabr ayları ərzində 47,7 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.
Metbuat.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 milyon dollar və ya 3,3 dəfə artıb.
Hesabat dövründə, bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 70,3 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,3 milyon dollar çoxdur.