24 okt 2023 16:22
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsinin böyük hissəsi üzrə aparılan işlər başa çatıb.
Metbuat.az xəbər verir ki, bunu Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair ictimai dinləmədə layihə sənədini hazırlayan şirkətin direktor müavini Azad Məcidov deyib.
O bildirib ki, yolun tikintisinin gələn ilin ikinci yarısına qədər başa çatdırılması gözlənilir:
"Sözügedən yol Zəfər yoluna paraleldir. Yolda 10 körpü çəkilib, 9-nun tikintisi başa çatıb. Yolun ümumi uzunluğu 81.7 km-dir. Yolda hərəkətin intensivliyi nəzərə alınaraq yolun 48-ci km hissəsinə qədər 4 zolaqlı, Şuşaya qədər olan digər hissəsi isə 6 zolaqlıdır".