METBUAT.AZ

Şou-Biznes

Elnur nazirliyə müraciət etdi -

5 okt 2023 15:24

Müğənni Elnur Məmmədov Təhsil Nazirliyinə müraciət edib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi rus bölməsində təhsil alan şagirdlərin kitab çətinliyi çəkdiyini bildirib. Elnur vurğulayıb ki,hazırlanan tarix kitabları Azərbaycan dilindədir:

"Təhsil Nazirliyinə müraciət edirəm: Övladları rus bölməsində oxuyan valideynlər mənə dəstək olarlar. Elə uşaqlar var ki, tam rusdillidir, heç Azərbaycan dilini bilmir. Bacımın övladı altıncı sinifdə oxuyur. Soruşuram ki, dərs necədir? Deyir ki, Azərbaycan tarixi kitabı sırf Azərbaycan dilindədir. Uşağa çox çətindir, oxuya bilmirlər. Azərbaycan tarixi dərsindən qiymətləri aşağıdır. Rus bölməsi üçün çətindir. Biz bizim tarixi bir neçə dildə yaymalıyıq. Bizim üçün önəmlidir. Təhsil Naziriyi Azərbaycan tarixini rus dilində təqdim etsinlər. Hətta uşaq deyir ki, xaricdə yaşayan uşaqlar belə məktəbdən oxuya bilmədikləri üçün çıxıblar".



metbuat.az.