3 okt 2023 14:52
Tolunay Kafkasla yollarını ayıran Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi Emre Belözoğlu olub.
Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Paytaxt klubunun sosial media hesabında "Xoş gəlmisiniz Emre Belözoğlu" başlığı ilə dərc edilən açıqlamada "Bu gün yeni baş məşqçimiz Emre Belözoğlu üçün imza mərasimi keçirilir" deyə qeyd edilib.
Qeyd edək ki, məşqçi karyerasına “Fənərbaxça”da başlayan Eme Belözoğlu 2 il “Başakşehir” klubunda çalışıb. Bu mövsümün 4-cü həftəsində “Başakşehir”dən ayrılan Emre Belözoğlu karyerasını “Ankaragücü”ndə davam etdirəcək.