METBUAT.AZ

Dünya

Ərdoğan ABŞ-ni ittiham etdi -

14 okt 2023 03:18

“ABŞ-nin PKK-nın Suriyadakı əlaltıları ilə bu ölkədə həyata keçirdiyi fəaliyyətlər Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də “Türkiyə-Afrika 4-cü İş və İqtisadiyyat Forumu”nun bağlanış mərasimində deyib.

O bildirib ki, Türkiyə və ABŞ arasında təhlükəsizlik problemi var: “Biz NATO-da ABŞ ilə bir yerdə deyilik? ABŞ pilotsuz uçuş aparatlarımızı (PUA) vurubmu? Belə bir şeyi necə edə bilərsən? Bu necə müttəfiqlikdir? Bizimlə ABŞ arasında təhlükəsizlik problemi var. Terror təşkilatının arxasında kimin olmasından asılı olmayaraq onun kökünü kəsməkdə qərarlıyıq”.


metbuat.az.