16 okt 2023 11:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan millinin AVRO-2024-ə vəsiqə qazanması münasibətilə futbolçulara zəng edib.
Metbuat.az xəbər verir, Ərdoğan futbolçuları təbrik edərək, onlara uğurlar arzulayıb. Telefon söhbəti zamanı maraqlı məqam da yaşanıb. Telefonda Ərdoğanla söhbətləşən futbolçulardan biri də Alper Yılmaz olub. O özünü təqdim edərkən “Mən Barışam. Barış Alper Rizədən” deyə bildirib. Bu sözlər futbolçuları gülümsədib.
Qeyd edək ki, Ərdoğanın ailəsi əslən Rizədəndir.