METBUAT.AZ

Dünya

Ərəb ölkələrində etiraz -

18 okt 2023 12:24

Qəzzada fələstinlilərin həlak olduğu xəstəxanaya hücumdan sonra ərəb ölkələrində etiraz aksiyaları keçirilib.

Metbuat.az xəbər verir ki, İordaniyada insanlar küçələrə çıxaraq İsrailin Əmmandakı səfirliyinə hücum ediblər. Məlumata görə, polis səfirliyə hücum edən nümayişçilərə müdaxilə edib. Bildirilir ki, etirazçılar ərazidə dağıntılar törədib.

Qeyd edək ki, Qəzzada xəstəxanaya hücum zamanı 600-dan çox insanın həlak olduğu deyilir. Fələstin hücuma görə İsraili ittiham edib.


metbuat.az.