METBUAT.AZ

Dünya

Ermənistan prezidenti “Roma statutunu” təsdiqlədi -

14 okt 2023 13:13

Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumat üçün bildirək ki, Roma statunun tələbinə görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs olunmalıdır.

Qeyd edək ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya edib. Rəsmi Moskva bu addımı düşmənlik əlaməti kimi qiymətləndirib.


metbuat.az.