METBUAT.AZ

İdman

"Fənərbaxça"ya növbəti fantastik təklif -

16 okt 2023 15:28

“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğluna İngiltərə və İtaliya klublarından təkliflər gəlib.

Metbuat.az xəbər verir ki, təklif göndərən klublar arasında “Atalanta” da var. Bildirilir ki, Ferdi Kadıoğlu mövsüm başlayanda klubdan getmək istəyib. Lakin klub rəhbərliyi Ferdinin getməsinə imkan verməyib.

“Fənərbaxça” rəhbərliyi İngiltərə və İtaliyadan təklif alan Ferdi Kadıoğlunu “Çempion olaq, sonra gedə bilərsən” deyərək qalmağa razı salıb. Məlumata görə, “Fənərbaxça”ya göndərilən təklif 20 milyon avro civarındadır.

Bundan əvvəl "Fənərbaxça" Arda Güleri "Real Madrid"ə 20 milyon avroya satmışdı.


metbuat.az.