METBUAT.AZ

İdman

FİFA Səudiyyə Ərəbistanına görə güzəşt etdi -

10 okt 2023 17:11

2034-cü il Dünya Çempionatına ev sahibliyi etmək üçün müzakirələr davam edərkən, FİFA Səudiyyə Ərəbistanı üçün böyük güzəşt edib.

Metbuat.az xəbər verir ki, FİFA-nın açıqlamasına görə, 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün tender qaydaları dəyişdirilib. “The Guardian” qəzetinin məlumatına görə, FİFA 2034-cü il Dünya Çempionatı üçün stadionlarla bağlı tender qaydalarını yüngülləşdirib. Əvvəlki qaydalara görə, 2030 və 2034-cü il Dünya Kuboklarının keçirilməsi üçün iddiaçı ölkələrdən azı 14 stadion təklifi təqdim etmələri tələb edilirdi.

Təqdim edilən stadionlardan 7-si isə artıq hazır olmalı idi. Yeni qaydalara görə, 7 stadionun hazır olması barədə tələb 4-ə endirilib. Bunlara hazırda tikilməkdə olanlar da daxil ola bilər.


metbuat.az.