17 okt 2023 15:04
HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası”nın İsrailin Sderot şəhərindəki festivaldan qaçırılan 21 yaşlı israilli qadının videosu yayımlanıb.
Metbuat.az xəbər verir ki, müalicə olunan qadın səlahiyyətlilərə səslənərək “Bizi mümkün qədər tez buradan çıxarın” deyə çağırış edib. Qeyd edək ki, HƏMAS Qəzzada 200-250 nəfəri girov saxladığını açıqlayıb. Girovlarla humanitar qanunlara uyğun davrandığını iddia edən HƏMAS, müxtəlif millətlərdən olan girvoları “şərait imkan verdikdə” azad edəcəklərini açıqlayıb.