METBUAT.AZ

Sosial

GÖZLƏMƏ

13 okt 2023 10:51

Bakı şəhəri Binəqədi rayon sakini Əflatun Ağayevə 1000 manat məbləğində qaz pulu borcu yazılıb.

Bu barədə Metbuat.az-a şikayət edən abonent bildirdi ki, 2023-cü ilin avqust ayında ərazi üzrə “Azəriqaz”ın işçisi ona qəzb vermədən 1096 manat borcu olduğu barədə məlumat verib. Bu hadisədən sonra Binəqədi Qaz İstismar Sahəsinə şikayət edən Əflatun Ağayevə idarədən bildiriblər ki, sistemdə hesablama zamanı xəta olub, tezliklə problem aradan qaldırılacaq.

“Amma üzərindən bir neçə ay keçməsinə baxmayaraq hələ də adımda olan borc silinməyib. İdarədə mənə bildirdilər ki, borcum silinənə qədər qaz sərfiyyatından istifadə edə bilərəm. Dəfələrlə şikayət etsəm də, hətta bir çox dövlət orqanlarına məlumat versəm də, mənim adıma olan borc silinmir”.

Şikayətçi deyir ki, o baş verənlərlər bağlı “Azəriqaz”ın rəsmi səhifəsinə yazıb kömək istəsə də, şikayətinə cavab verən olmayıb.

Metbuat.az abonentin şikayətinə əsasən Azəriqaz İB in tərkibində olan Bakı Regional Qazın Satış Departamentinə müraciət etdi.

Departamentin rəisi Zamin Mehrəliyev bildirdi ki, məsələ ilə bağlı araşdırmalar aparıldıqdan sonra məhsuliyyəti daşıyan şəxs cəzalandırılıb.

“Abonentin iyun ayında sayğacında texniki olaraq göstərici səhv getmişdir. Biz bu vəziyyətdən iyul ayında xəbər tutmuşuq. Xəta ilə bağlı Azəriqaz İstehsalat Birliyinə məktub ünvanladıq ki, düzəliş olunsun. Artıq səhv hesablamaya yol verən həmin işçi cəzalandırılıb və göstəricidə düzəliş olunub. Vətəndaş Əflatun Ağayev oktyabr ayının bildirişi ona veriləndə məlumatların düzgünlüyünü görəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.