METBUAT.AZ

Dünya

"Hədəf İsrail yox, Türkiyədir, çalışacaqlar ki..." -

10 okt 2023 12:39

İsrail-HƏMAS müharibəsində maraqlı olan xarici qüvvələr var. Bəzi ekspertlər hesab edirlər ki, buna görə müharibə uzana bilər. Xüsusilə Rusiya və İran bu məsələdə əsas maraqlı qüvvələr kimi görünür. Çinlə ABŞ-ın mövqeyi isə hələlik məlum deyil. Maraqlıdır, İsrail-HƏMAS müharibəsi uzana bilərmi? Müharibənin uzanmasında hansı qüvvələr maraqlıdır?

Metbuat.az Globalinfo.az-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, dünyanın harasında olursa-olsun bir münaqişə, qarşıdurma baş verirsə, bu, regional yox, geosiyasi xarakter daşıyır:

“Ukrayna, Suriya, Afrika, Fələstin və s. bölgələrdə baş verənlər məhz geosiyasi qarşıdurmanın nəticələridir. Məsələn, bir müddət sonra Tayvanda da qarşıdumanın alovlandırılmasının şahidi ola bilərik.

HƏMAS-ın İsrailə minlərlə raket atması maraqlı nüansları önə çıxarır. Təbii ki, bu qədər raketin İsrailə atılması prosesi bir saata, yaxud bir günə həyata keçirilmir. Bunun üçün aylarla hazırlıq prosesi lazımdır ki, dünyanın ən güclü kəşfiyyat orqanı olan MOSSAD-ın bundan xəbər tutmaması sual doğurur.

Həmçinin bu, HƏMAS-ın boyunu aşan məsələdir və burada 3-cü qüvvələrin əli mütləq var.

Əvvəlcə məlum hadisələrin kimin işinə yaradığına diqqət yetirmək lazımdır. Türkiyənin Suriyada ABŞ və İsralin dəstəklədiyi YPG/PYD terror təşkilatına qarşı antiterror əməliyyatlarına başlaması Vaşinqtonun terror dövləti qurma strategiyasına ciddi zərbə vurur. ABŞ-a Türkiyənin qarşısına birbaşa çıxmaq istəmədiyi və bunun ciddi fəsadlarının olduğunu hesabladığı üçün Suriyada yeni hərbi əməliyyatlara legitimlik qazandırmaq və əlavə qüvvə yeritmək üçün “əsas” lazımdır. Bunun üçün ən uyğun variant “İsraili qorumaq” adı altında addımlar atmaqdır. Yəni ABŞ qarşıdurmanın Fələstin ərazisində bitməsində deyil, Suriyaya yayılmasına çalışacaq”.


metbuat.az.