16 okt 2023 10:51
Sosial şəbəkələrdə İsraildə 14 Azərbaycan vətəndaşının HƏMAS tərəfindən girov götürülməsi ilə bağlı məlumat yayılıb.
Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, bu barədə məlumat təsdiqini tapmaıyb:
"Girov barədə məlumat öz təsdiqini tapmayıb. Səfirliyimiz araşdırır".
Qeyd edək ki, indiyədək HƏMAS-ın hücumları nəticəsində İsraildə 7 azərbaycanəsilli şəxs həlak olub.
Həlak olanların siyahısı:
1. Şamil Abbasov (İsrail vətəndaşı)
2. Emin Axundov (eyni zamanda Azərbaycan vətəndaşıdır)
3. İlkin Nəzərov (eyni zamanda Azərbaycan vətəndaşıdır)
4. Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)
5. Roman Gandel (İsrail vətəndaşı)
6. Eden Abdullayev (İsrail vətəndaşı)
7. Emil Samuyelov (vətəndaşlıq dəqiqləşdirilir)
Gülər Seymurqızı