METBUAT.AZ

İdman

İdmançılarımızdan beynəlxalq yarışda UĞURLU NƏTİCƏ –

16 okt 2023 10:06

XI. Erk Çelik Halat Bodrum Beynəlxalq Optimist Yarışlarında (Erk Çelik Halat BIOR) komandamız 7 ölkə arasında III olub.

Metbuat.az xəbər verir ki, Azərbaycan Yelkən Federasiyasının Optimist sinfi üzrə qatılan idmançılarımızdan Davud Babazadə və Nərgiz Məmmədova yarışlarda uğurlu nəticə göstərdiyi üçün komandamız III yerə layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyasını Optimist sinfi komandası üzvləri Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə, Furkan Mustafayev və məşqçi Yasin Çakır təmsil edib.


metbuat.az.