20 okt 2023 11:48
Qarabağı könüllü tərk edərək İrəvana gedən erməniəsilli şəxslər separatçıların sonuncu " rəhbəri" Samvel Şahramanyanın qərarına etiraz ediblər.
Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, oktyabrın 19-da imzalanmış qərara əsasən "dövlət qulluqçuları" oktyabrın 1-də tutduqları vəzifələrdən azad ediliblər və hələ də maaşlarını ala bilməyiblər.
Qeyd edilib ki, Samvel Şahramanyan etirazçıların qarşısına çıxsa da, onları sakitləşdirə bilməyib.