24 okt 2023 16:07
"HƏMAS bütün məhbusları azad edib təslim olsa, Qəzza zolağında quru əməliyyatı olmayacaq".
Metbuat.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Conatan Konrikus Avstraliyanın ABC radiosuna müsahibəsində bildirib:
"Həmas İsrail vətəndaşlarının arxasında gizləndiyi yerdən çıxsın, 212 girovumuzu geri qaytarsın. Əgər onlar qeyd-şərtsiz təslim olsalar, o zaman müharibə bitəcək".
Konrikus vurğulayıb ki, HƏMAS bu şərtləri yerinə yetirməsə, İsrail ordusu Qəzzada quru əməliyyatı keçirməli olacaq.