METBUAT.AZ

Dünya

İsrailə hücum əmrini bu ölkə verib -

9 okt 2023 10:15

ABŞ-ın “Wall Street Journal”ı İranın HƏMAS-a İsrailə hücumu planlaşdırmaqda kömək etdiyini iddia edib.

Metbuat.az xəbər verir ki, iddialara görə, İsrailə hücumla bağlı razılığa da İran verib. Bildirilir ki, hücumun planlaşdırılması Beyrutda həyata keçirilib və toplantıda İranın ordu rəsmilə də iştirak edib.

Qeyd edək ki, “Həmas”ın hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadası İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb.İran tərəfi Fələstinin özünü müdafiə etmək hüququna malik olduğunu və əməliyyatları dəstəklədiklərini, lakin hücumla əlaqəsinin olmadığını bəyan edib. “Həmas”ın İsrailə və İsrailin cavab əməliyyatları nəticəsində yüzlərlə insan həlak olub.


metbuat.az.