METBUAT.AZ

Siyasət

"Joğovurd": "Şahramanyan atəşkəs üçün Azərbaycan DTX ilə əlaqə saxlayıb"

18 okt 2023 11:01

Qarabağ separatçılarının sonuncu "rəhbəri" Samvel Şahramanyan sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr yazıb ki, Şahramanyan, Azərbaycan tərəfini separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyanla danışıqlara dəvət edib. Rəsmi Bakı bu variantları rədd edərək, Qarabağdakı separatçı rejimin ləğvini israrla tələb edib.

Qeyd edək ki, sentyabrın 19-20-də lokal antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.


metbuat.az.