METBUAT.AZ

Ölkə

​"Kapital Bank" və “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalandı -

24 okt 2023 14:31

Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalanıb. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutan imzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktorFərid Hüseynov və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov iştirak ediblər.

Sənəd çərçivəsində bütün lazımi inteqrasiyalar başa çatdıqdan sonra Birbank rəqəmsal bankında “ASAN xidmət” üçün onlayn növbə almaq və dövlət xidmətlərinin rüsumlarının ödənişini yerindəcə, mobil tətbiq vasitəsilə icra etmək mümkün olacaq.

Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər. “Bu əməkdaşlıq Azərbaycanda innovativ həllərin daha çox əhaliyə əlçatanlığını təmin edəcək. Bildiyiniz kimi, Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Müştəriləmizi keyfiyyətli, rahat və sürətli bank xidmətləri ilə təmin etmək isə bizim başlıca hədəflərimizdən biridir. Son bir neçə il ərzində biz bank xidmətlərinin rəqəmsallaşması, nağdsız dövriyyənin artırılması və ümumilikdə bankla bağlı ehtiyacların yerində və sürətli qarşılanması üçün bir çox layihələr icra etmişik. Bunların heç biri müasir texnoloji həllərin, innnovasiyaların tətbiqi olmadan reallaşa bilməzdi. Sevindiricidir ki, müştərilərimiz tərəfindən də bütün yeniliklər müsbət qarşılanır və sektorun rəqəmsallaşması kifayət qədər sürətlə baş verir” Fərid Hüseynov çıxışında qeyd edib.

Bu kimi əməkdaşlıqları yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov bildirib ki, “Kapital Bank-la uzunmüddətli və uğurlu əməkdaşlığımız var. Memorandum isə bizə innovasiyaların tətbiqində daha geniş imkanlar yaradacaq. Bütün innovativ və mobil həllərin tətbiqi müştərilərimiz üçündür. İnanıram ki, Kapital Bank-la birlikdə onlara daha geniş, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik”.

İmzalanma mərasimi ilə yanaşı tərəflər “ASAN xidmət” mərkəzi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” Mərkəzi, eləcədə “iLAB” innovativ laboratoriyanın fəaliyyəti ilə tanış olublar. Sonra memorandum çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


metbuat.az.