METBUAT.AZ

İdman

Laporta Messi barədə müjdəni açıqladı -

20 okt 2023 14:52

"Barselona"nın prezidenti Joan Laporta bildirib ki, yenilənmiş "Kamp Nou"nun açılışında Lionel Messi də iştirak edəcək.

Metbuat.az xəbər verir ki, Laporta Messinin kataloniyalı azarkeşlərin yanında olacağını bildirib. “Sport”da yer alan xəbərə görə, Messi yoldaşlıq və ya aşılış matçı üçün Barselonaya qayıdacaq. Laporta deyib:

“Messinin yenilənmiş “Kamp Nou”nun açılışında iştirak etməsi həqiqətən əla olardı. Stadionumuz 2024-cü ilin noyabrında açılacaq və bu tarixdə ola bilər. 2026-cı ilin iyun ayı stadionumuzun tamamlanacağı tarixdir və bu, Messinin qayıtması üçün ideal vaxt kimi görünür”.

Qeyd edək ki, "İnter Mayami" MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilmədiyi üçün Messi fevral ayına qədər futbol oynamayacaq. Messinin icarə əsasında “Barselona”ya qayıdacağı deyilsə də, futbolçu iddiaları təkzib edib.


metbuat.az.