METBUAT.AZ

Şou-Biznes

Los-Ancelesdə qab-qacaq yuyur, yerləri təmizləyirdim -

23 okt 2023 09:45

"ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.

Metbuat.az xəbər verir ki, bunu Baku TV-nin "Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib.

O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb:

"Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.

Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:

"Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.

Daha ətraflı videomüsahibədə:


metbuat.az.