METBUAT.AZ

Dünya

Mahaçqala hava limanında izdiham:

30 okt 2023 00:15

Mahaçqala hakimiyyəti yerli hava limanı ərazisində kütləvi iğtişaşların təşkili ilə bağlı ciddi problemlə üzləşib. İcazəsiz aksiyaların keçirilməsinə dair çağırışlar edildikdən sonra hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi açmaq qərarına gəliblər.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin (DİN) Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, hakimiyyət bu addımı Mahaçqala aeroportunun ərazisində icazəsiz aksiyaların keçirilməsi ilə əlaqədar çağırışların sosial şəbəkələrdə yayılmasından sonra atıb.

***

Hadisə ilə bağlı hava limanı bağlanıb.

Lakin izdiham hələ də davam edir. Hazırda Dağıstanın gənclərlə iş üzrə naziri Kamil Saidov və milli siyasət naziri Enrik Müslümov ərazidədir.

Həmçinin rus əsgərləri və polis xüsusi təyinatlıları da hava limanına daxil olub.

***

Dağıstanın paytaxtı Mahaçqalada hava limanı blokadaya alınıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İsraildən enməsi planlaşdırılan təyyarə olub.

Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər.



metbuat.az.