18 okt 2023 00:11
Fələstin Prezidenti Mahmud Abbas Qəzzada xəstəxananın vurulması ilə bağlı xəbərdən sonra ABŞ Prezidenti Co Baydenlə görüşü ləğv edib.
Metbuat.az xəbər verir ki, bu barədə yüksək səviyyəli Fələstin rəsmisi deyib.
Görüş ABŞ Prezidentinin Yaxın Şərqə səfəri çərçivəsində İordaniyada baş tutmalı idi.
Rəsmi mənbə bildirib ki, Mahmud Abbas Ramallaha qayıdıb.
Qeyd edək ki, bu gün Qəzzada xəstəxana vurulub, 500-ə qədər mülki şəxsin öldüyü və bu rəqəmin daha da artacağı ehtimal olunur. Xəstəxanın İsrail tərəfindən vurduğu iddia olunur.