1 okt 2023 18:06
UEFA Çempionlar Liqasının A qrupunun 2-ci matçında “Qalatasaray”ın “Mançester Yunayted”lə səfər matçını slovakiyalı hakim İvan Kruzliak idarə edəcək.
UEFA-dan verilən açıqlamaya görə, oktyabrın 3-ü, çərşənbə axşamı Old Trafford stadionunda keçiriləcək matçda Kruzliakın köməkçiləri eyni ölkədən olan Branislav Hankko və Yan Pozor olacaq.
Matçın dördüncü hakimi Peter Kraloviç təyin olunub.
Xatırladaq ki, İvan Kruzliak 2019/2020 mövsümündə UEFA Çempionlar Liqası A qrupunun 5-ci matçında “Qalatasaray”ın “Brügge” ilə 1-1 hesablı heç-heçə etdiyi oyunu idarə edib. O, matçın əlavə vaxtında rəqib komandanın iki futbolçusunu qırmızı vərəqə ilə oyundan kənarlaşdırıb.