METBUAT.AZ

İdman

“Mançester Yunayted” 6 milyardlıq təklifi rədd etdi

16 okt 2023 11:24

“Mançester Yunayted” klubunun satış prosesində mühüm irəliləyiş müşahidə edilib.

Metbuat.az xəbər verir ki, “Mançester Yunayted”i almaq istəyən iki investordan biri olan Qətər Şeyxi Casim bin Həməd Əl Taninin etdiyi təklifin rədd edildiyi və satış prosesindən geri çəkildiyi bildirilib. “Times” qəzetinin məlumatına görə, klubun sahibi Qleyzer ailəsi Casiminin təklifini az olduğu üçün qəbul etməyib. Məlumata görə, Şeyx Casimin Qleyzer ailəsinə klub almaq üçün 1 milyard funt sterlinq, sərmayə ilə birlikdə isə 6 milyard funtsterlinq təklif edib. Digər iş adamı Cim Ritkliffin təklifinin 5 milyard funt sterlinq civarında olduğu və təklifdə Qleyzer ailəsinin bir müddət daha klubda qalması ilə bağlı bəndin olduğu iddia edilib.

İngiltərə mətbuatının məlumatına görə, Qleyzer ailəsinin Cim Ratkliffə klubun səhmlərinin 25 faizini 1,3 milyard funt sterlinq qarşılığında satmağa razılıq verib.


metbuat.az.