METBUAT.AZ

Elm və Təhsil

Məktəblərdə 5 günlük payız tətili olacaq -

25 okt 2023 16:23

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi payız tətilinin noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcəyini bildirib.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir" - deyə, nazirlik qeyd edib.


metbuat.az.