9 okt 2023 21:14
“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Metbuat.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə keçiriləcək matçları buraxacaq.
Təcrübəli oyunçu sözügedən qarşılaşmalara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.
Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan 3 gün sonra Bakıda Avstriyanı qəbul edəcək.