METBUAT.AZ

Maraqlı

Məşhur veriliş yenidən yayımlanacaq -

20 okt 2023 16:15

Bir zamanların ən məşhur "Zəif bənd" verilişi yenidən yayımlanacaq.

Metbuat.az xəbər verir ki, bu haqda verilişin aparıcısı Kamilə Babayeva instaqram hesabında məlumat yayıb.

Artıq verilişin çəkilişi başlayıb. Nə vaxt yayımlanacağı barədə isə hələ məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanıb. İlk aparıcısı Kamilə Babayeva olub. 2006–2011-ci illərdə veriliş dayandırılıb. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılıb.


metbuat.az.