METBUAT.AZ

İdman

Məşqçi oyundan çıxan futbolçunun yaxasından yapışdı: "Üzümə bax" -

17 okt 2023 11:58

Misir və Əlcəzair arasında keçirilən yoldaşlıq görüşündə qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, 1-1 hesabı ilə yekunlaşan oyunun 63-cü dəqiqəsinə Əlcəzair yığmasının baş məşqçisi Djamel Belmadi təcrübəli futbolçu Səid Benrahmanı oyundan çıxarıb. Futbolçu meydandan çıxanda məşqçinin üzünə baxmayıb. Bundan əsəbiləşən məşqçi futbolçunun yaxasından yapışıb.


metbuat.az.