METBUAT.AZ

İdman

Messi icarəyə getmək barədə qərarını verdi

12 okt 2023 16:58

MLS-də mövsüm başa çatdıqdan sonra təxminən 4 ay futboldan uzaq qalacaq Lionel Messinin bu müddət ərzində “Barselona” və ya Səudiyyə Ərəbistanı klublarına icarəyə verilə biləcəyi iddia edilirdi.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Messi məsələ ilə bağlı qərarını verib. İtalyan insayder Fabrizio Romanonun sözlərinə görə, Messinin Səudiyyə Ərəbistanı və “Barselona” ilə əlaqələri olsa da, oyunçu heç bir komandaya icarəyə getməyi planlaşdırmır. Xəbərdə qeyd edilir kii, Lionel Messi bütün diqqətini “İnter Mayami” və Argentina milli komandasına yönəldib.


metbuat.az.