METBUAT.AZ

Siyasət

Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu

17 okt 2023 11:10

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbayacan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.


metbuat.az.