METBUAT.AZ

Hadisə

Mingəçevir su anbarında batan şəxsin axtarışına amfibiya təyyarəsi

16 okt 2023 14:09

Mingəçevir su anbarında batan şəxsin axtarışında amfibiya təyyarəsi iştirak edir.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də FHN-nin 112 - qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub. Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.

Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.


metbuat.az.