METBUAT.AZ

Siyasət

Naxçıvan Ali Məclisinin payız sessiyası

2 okt 2023 11:05

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən, Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayıb.

Metbuat.az xəbər verir ki, Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Sessiyanın iclasında Ali Məclisin deputatları və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.


metbuat.az.