20 okt 2023 13:45
Naxçıvan Muxtar Respublikasının 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 516,4 milyon manat olacağı gözlənilir.
Metbuat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə 14,65 % azdır.
Naxçıvanın gələnilki büdcəsinin 66,5 %-i və yaxud 343,3 milyon manatı dövlət büdcəsindən ayrılacaq dotasiya hesabına təmin olunacaq. Bu isə bu ilə nisbətən 24,2 % azdır.