METBUAT.AZ

Hadisə

Nəcməddin Sadıqovun qaynı ilə tikinti maqnatı arasında qalmaqal -

18 okt 2023 16:45

Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Cərəyxanov Cərəyxan Abdullayeviçdir. Onun iddiası Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatındadır. Noybarın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

Mediada Cərəyxan Cərəyxanov Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun qaynı kimi təqdim edilir. Onunla "Şərur" MTK arasındakı mübahisə isə mənzillə bağlıdır. Məsələ burasındadır ki, MTK-nın sahibi İsfəndiyar Axundovun Elmir Məhərrəmov adlı şəxsə borcu olub. Həmin şəxs İsfəndiyar Axundovun şirkətinə 26 520 manat dəyərində şifer verib, lakin pulunu ala bilməyib. İsfəndiyar Axundov borc müqabilində Cərəyxan Cərəyxanova məxsus mənzilin sənədlərini girov kimi Elmir Məhərrəmova təqdim edib.

Ötən il mediada Elmir Məhərrəmovun bu məsələ barədə açıqlaması dərc olunub. Açıqlamadan məlum olur ki, İsfəndiyar Axundov borcunu ödəmək istəmir. Cərəyxan Cərəyxanova məxsus mənzilin sənədləri isə hələ də ondadır.


metbuat.az.