METBUAT.AZ

Siyasət

Niderlandlı deputatlar ermənilərin reinteqrasiyası ilə bağlı

4 okt 2023 12:31

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bu ölkənin parlamentarilərini Qarabağ ermənilərinin reinteqrasiyası planları barədə məlumatlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkəmizin Niderlanddakı səfirliyindən məlumat verilib.

Səfir parlamentin aşağı palatasının xarici əlaqələr komissiyasının rəhbərinə məktub göndərərək, 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirlərinin keçirilməsinin səbəblərindən danışıb. Onların nəticələri, görülmüş tədbirlər və Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi, Azərbaycan hökumətinin gələcək planları barədə məlumat verib.

“Komissiya rəhbərinə və onun üzvlərinə yazılı müraciət son günlər parlamentdə Ermənistan tərəfdarları və lobbiçilərinin hökumət başçısı və xarici işlər nazirinə müxtəlif sorğular göndərməklə fəaliyyətlərini xeyli aktivləşdirmələri ilə bağlıdır. Bu sorğularda regionumuzdakı vəziyyət təhrif olunur, təxribatçı suallar verilir”, - Azərbaycanın Niderlanddakı səfirliyindən bildiriblər.

Diplomatik nümayəndəlikdən bildirilib ki, parlamentin xarici əlaqələr komissiyasının katibliyi neçə aydır səfirliyə qarşı ayrı-seçkilik nümayiş etdirir. Azərbaycan tərəfinin deputatlarla görüş müraciətlərinə məhəl qoymamaq və parlamentin aşağı palatasının deputatlarına regionumuzdakı vəziyyət, eləcə də, ölkəmizin siyasəti ilə bağlı səfirliyin həftəlik press-relizlərinin yayılmasına mane olur.


metbuat.az.