21 okt 2023 16:12
Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib.
Metbuat.az Bizim media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi hava limanında açdığı canlı yayım zamanı bildirib.
Fədayə Vətənə gəlməsini Oğuzda toy mərasiminə dəvət əlaqələndirib:
"Hazırda hava limanındayam. Azərbaycana gəlirəm. Üç gün Vətəndə olacağam. Gəlməyimin səbəbi isə Oğuz rayonunun Muxas kəndində keçirilən toyla əlaqədardır. Məclisdə çıxış edəcəyəm. Çox güman ki, axşam saatlarında başlayan toy səhərə kimi davam edəcək. Bu isə o deməkdir ki, səhərə qədər oxuyacağam və çox yoruğun olacağam. Oktyabrın 24-də isə Moskvaya geri qayıdacağam".
Müğənni bildirib ki, toydan sonra Bakıya gəlib bir neçə televiziya proqramlarına çəkiləcək və verilişlərdə qonaq olacaq.
Fədayə həmçinin bu aylar ərzində 10 kiloqram çəki aldığını vurğulayıb:
"Yaman kökəlmişəm. 55 kiloqram çəkim vardı. İndi isə 65 kiloqramam. Kökəlmək yaxşı bir şey deyil. İnsan özünü narahat hiss edir. Əslində mənə çox arıq olmaqda yaraşmır. Düzdü üzdən mənə kökəlmək yaraşsa da, amma bədən formamda yaraşmır. Qarın hissələr çıxır. İştaham yaxşıdır, yeyirəm kökəlirəm. Artıq çəki aldığıma görə özümdən xoşum gəlmir. 47 yaşım var. Axı mənim nə yaşım var...".
Müğənni oğlu Əhləmdən də söz açıb:
"Əhləm bir müddət əvvəl Bakıda idi. Üç ay qaldı sonra Rusiyaya yanıma geri döndü. İndi isə oğlum işləri ilə əlaqədar Türkiyədədir".
Qeyd edək ki, Fədayə oğlu Əhləmlə birlikdə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Moskvada restoran biznesi ilə məşğul olurlar.