METBUAT.AZ

Region

Paşinyan Şahramanyana qondarma rejimin ləğvi ilə bağlı şəxsən çağırış edib -

24 okt 2023 10:11

"Paşinyan şəxsən Şahramanyanı "Dağlıq Qarabağ"ın ləğvi haqqında fərmanı imzalamağa çağırıb".

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraprak" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyan Samvel Şahramanyanın imzaladığı fərmanın mətnindən əvvəlcədən məlumatlı olub. Ermənistanın baş naziri şəxsən Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb:

"Xüsusən də azərbaycanlılar "Artsax"ın ləğvi, dövlət qurumlarının, ordunun ləğvi, silah-sursatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinə verilməsi haqqında qərarda öz əksini tapmış tələblərini Qarabağ ermənilərinə çatdıranda Şahramanyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan direktoru Armen Abazyanla əlaqə saxlayıb. Onun vasitəçiliyi ilə Paşinyanla yalnız bir telefon danışığı aparıb. Həmin zaman Paşinyan dərhal Azərbaycanın bütün tələblərini yerinə yetirməyə və müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb".


metbuat.az.