METBUAT.AZ

Siyasət

Paşinyana sui-qəsd ola bilər -

16 okt 2023 10:30

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya etdi. Sənədin ratifikasiyasından birmüddət sonra – oktyabrın 14-də Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib.

Bu barədə Metbuat.az-a fikirlərini bölüşən siyasi şərhçi Kənan Novruzov vurğuladı ki, Roma statutu əgər təsdiqləməsəydi Ermənistanda vətəndaş müharibəsi başlama ehtimalı var idi.

“Bu sənədə görə hakimiyyətlə hökümət üz–üzə gəlmişdi. Roma statutu Qərbin Ermənistanı tam Rusiyanın caynağından çıxarmaq ssenarisi idi. Son vaxtlara kimi Rusiya Ermənistanın baş naziri Nikol Paşinyan haqqında loyal bəyanatlar səsləndirirdi. Deyirdilər ki, biz müttəfiqik,dostluq münasibətlərimizə sadiqik . Amma bundan sonra belə olmayacaq. Paşinyan və ümumilikdə rəsmi İrəvan bu sənədi təsdiqləməklə son şanslarını da itirdilər. Bundan sonra ehtimal edirəm ki, Rusiya Paşinyanı hakimiyyətdən devirmək və Ermənistanı yenidən öz təsiri altına salmağa çalışacaq”.

Kənan Novruzov hesab edir ki, hazırda Ermənistanda hakimiyyət çevrilişi və eyni zamanda Paşinyana qarşı sui-qəsd ehtimalı, hətta hakimiyyət çevrilişi kifayət qədər real ehtimaldır.

“Amma hakimiyyət çevrilişi Rusiya üçün çətin ola bilər. Hazırda Rusiyanın Paşinyanın qarşısına çıxara biləcək ciddi namizədi yoxdur. Ola bilsin ki, Ermənistanda Rusiyanın əlaltıları hansısa formada Paşinyanı aradan qaldırmağa çalışsınlar. Hamımıza Rusiya kəşfiyyatının fəaliyyəti bəllidir. Yalnız Rusiya Paşinyanın ona lazım olmadığına tam əmin olduqdan sonra Nikola qarşı sui-qəsd haqqında düşünə bilər. Bu vəziyyətdə Paşinyanın hakimiyyətini qorumaq üçün atacağı addım qarşıdakı aylar ərzində, ən yaxın zamanda Rusiya ilə sülh müqaviləsi bağlamaq ola bilər. Nəticədə, Ermənistan yenə də Rusiyanın nəzarəti altına keçəcək. Bununla da Rusiyanın Cənubi Qafqazda maraqları təmin olunmuş olacaq. Əks halda Vladimir Putin Ermənistana səfər edərsə həbs olunacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.