26 okt 2023 12:20
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında sülh sazişinin bir neçə ay ərzində imzalana biləcəyini bildirib.
Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan bunu Tbilisidə İpək Yolu Beynəlxalq Forumunda deyib.
Baş nazir əlavə edib ki, hazırda sənəd üzərində fəal iş aparılır.