METBUAT.AZ

Dünya

Postundan uzaqlaşdırılan amerikalı spiker tarixə düşdü

4 okt 2023 11:05

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti tutduğu vəzifədən uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, respublikaçı Mett Gaetz Kevin Makkartinin vəzifəsindən azad edilməsini tələb edib. Səsvermə nəticəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti vəzifəsindən kənarlaşdırılıb.Təklifin lehinə 216, əleyhinə isə 210 səs verilib. 8 Respublikaçı da Makkartinin istefaya göndərilməsi barədə səs verib.

Bununla da, Kevin Makkarti öz partiyasından olan nümayəndələrin də səsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk spiker kimi tarixə düşüb.


metbuat.az.