METBUAT.AZ

Hadisə

Prokurorluq Cəlilabaddakı qətllə bağlı

28 okt 2023 12:37

Oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.


metbuat.az.