25 okt 2023 11:28
Azərbaycanda qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnalar aradan qaldırıla bilər.
Metbuat.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, Ailə Məcəlləsinə yenidən baxaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması və xüsusilə də kənd yerlərində uşaq nikahı və məcburi nikahla mübarizə tədbirlərinin gücləndirilməsi, bu zərərli təcrübənin təməlində dayanan səbəblərin aradan qaldırılması, bu işdə rolu olan ailə üzvlərinin, dini və icma liderlərinin və ya hüquq-mühafizə əməkdaşlarının cəzalandırılması, bu istiqamətdə işlərin aşkarlanması üçün mexanizmlərin yaradılması ilə bağlı tövsiyələr Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara göndərilib.