19 okt 2023 15:12
Ötən ay vəfat edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın səlahiyyətlərini hazırda komitənin sədr müavini Fazil Mustafa icra edir. Hazırda Qənirə Paşayevanı rəsmi olaraq bu vəzifədə kimin əvəz edəcəyi müzakirə olunur. Milli Məclisin daxili nizamnaməsinə görə yeni komitə sədrinin seçilməsi ilə bağlı təkliflər deputatlar tərəfindən verilir və Milli Məclisin sədri tərəfindən təkliflər müzakirəyə çıxarılır.
Metbuat.az News24.az-a istinadən xəbər verir ki, Fazil Mustafa yeni komitə sədrinin seçilməsi ilə bağlı başqa bir situasiyanın nəzərdə tutulmadığını bildirib.
“Bu kimi məsələlər daxili nizamnaməsinə uyğun şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda da bu öz əksini tapıb. Burada hələ ki, başqa bir situasiya nəzərdə tutuılmayıb. Səlahiyyətlər ənənəvi qaydada sədr olmadıqda müavinlər tərəfindən icra olunur”, - Fazil Mustafa qeyd edib.