23 okt 2023 17:34
“Qərbi Azərbaycan İcması ilə birgə həm Qərbi Azərbaycanda, həm Qarabağda, həm də Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi, yaxud tarixi adlarının qaytarılması üçün xəritə hazırlanacaq”.
Bunu Metbuat.az-a açıqlamasına Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, sözügedən məsələlərlə əlaqədar AMEA-dan alimlər cəlb ediləcək və bu işlə məşğul olan institutlar öz köməkliklərini göstərəcəklər.
S.Novruzov həmçinin xatırladıb ki, bununla bağlı qanunvericilik təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur: “Belə məsələlər məhz dövlət başçısının təqdimatı ilə Milli Məclisin Regional məsələlər komitəsində baxılıdıqdan sonra parlamentdə müzakirəyə çıxarılır və bundan sonra qərar qəbul edilir”.