METBUAT.AZ

Dünya

Qətər əmirindən etiraz -

24 okt 2023 11:29

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani İsrailin Qəzzaya hücumlarına etiraz edib.

Metbuat.az xəbər verir ki, o qeyd edib:

“Artıq bəsdir! İsrailin sərhəd qoymadan insan öldürməsinə səssiz qalmaq olmaz!”

Qeyd edək ki, Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində ölənlərin sayı 5 min 87-yə yüksəlib. Yaralıların sayı 15 min 273-ə çatıb.

HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. Ardınca İsrail cavab hücumları təşkil edib.


metbuat.az.