16 okt 2023 17:23
"Bacım Yaqut Həşimovanın şəklini sosial şəbəkədə gördüm. Oğluma zəng vurdub dedim ki, get xalangilə".
Metbuat.az xəbər verir ki, bu sözləri 43 yaşında həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən müğənni Yaqut Haşımovanın bacısı Şəlalə "Bizimləsən" verilişində canlı efirə qoşularkən deyib. O bildirib ki, hadisədən xəbəri olmayıb.
Bacı Həşimova xalası oğlunun narkotika qurşandıqdan sonra xanımı ilə aralarında münaqişələr yaşadığını bildirib. O həmçinin mərhumun başının kəsilərək qətlə yetirilməsi xəbərinin yalan olduğunu bildirib:
"Yaqutun əri, Anar Haşımov xalam oğludur. O, son zamanlar narkotikə qurşanmışdı. Aralarında söz-söhbətlər vardı. Evə də bu səbəbdən gəlmirdi. Anar Yaqutun bıçaqla şah damarına vurub. O da yerindəcə dünyasını dəyişib. Başının kəsilməsi söhbəti isə yalandır. Xalam oğlu hazırda polislər tərəfindən tutulub. Son zamanlar Anar işləmirdi və narkotikə qurşanmışdı. Elə buna görə də aralarında münaqişələr vardı və danışmırdılar. Evə gəlmirdi. Necə olubsa bu gün evə gəlib və belə bir hadisə baş verib. 8 yaşlı oğlu hadisə vaxtı bizdə olub".
Qeyd edək ki, müğənni Yaqut Həşimova (Nəriman) bu gün həyat yoldaşı tərəfindən qətlə yetirilib.