METBUAT.AZ

Dünya

Qəzzada ölənlərin sayı 4 minə çatır

20 okt 2023 09:11

Qəzzada ölənlərin sayı 3785 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, 12500 nəfər isə yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.


metbuat.az.