17 okt 2023 14:23
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.
Metbuat.az xəbər verir ki, bu barədə italyan insayder Fabrizio Romano “Dario Sport”a istinadən açıqlama verib. O bildirib ki, hələki rəsmən açıqanmasa da, qalib Messidir. Qeyd edək ki, “Qızıl top”un mükafatlandırma mərasimi oktyabrın 30-da baş tutacaq. Messi qalib olarsa, argentinalı superulduz karyerasında səkkizinci sözügedən mükafatı qazanacaq.
36 yaşlı Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. Finalda dubl edən Messi ümumilikdə bu mundialda 7 qola imza atıb. Forvard yalnız Fransa yığmasının üzvü Kilian Mbappedən geri qalıb (8 qol). Futbolçu daha əvvəl 7 dəfə "Qızıl top" mükafatına layiq görülüb.